top of page

         

        kimyəvi elementlərin dövri cədvəlinə müasir baxış

 

 

                                              Firudin Quliyev

Respublika fizika riyaziyyat və informatika təmayüllü liseyin kimya müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru

         1869-cu ildə kimyəvi elementlərin öyrənilməsi və kəşfi sahəsində elmdə əsl inqilab baş verdi.Həmin il böyük rus alimi D.I.mendeleyev təbiətin ümumi qanunlarından biri olan kimyəvi elementlərin dövri qanununu kəşf etdi.Bu qanun bir tərəfdən o vaxta kimi məlum olan kimyəvi elementlər barəsində toplanmış zəngin , lakin pərakəndə məlumatları dahiyanə şəkildə ümumiləşdirməyə və onların dərin elmi təhlilini verməyə imkan yaratmış, digər tərəfdən isə yeni kimyəvi elementlərin axtarışı sahəsində alimlərin əlində güclü kompasa çevrildi.

         Dövri qanun və Dövri sistem maddi aləmi dərk etmənin dialekt məntiqinin ən parlaq misalıdır.Müəyyən olunmuşdur ki, Dövri qanun və Dövri sistem təkcə atomun elektron təbəqələrini quruluşuna deyil, həm də atom nüvəsinin incə quruluş sistemlərinə tabe olur yəqin ki, elementar hissəciklərin mürəkkəb və bir sıra hallarda hələ aydın olmayan aləmin idarəolunma qanunauyğunluqları da öz elmi əsası etibarı ilə həmçinin dövri xarakterə malikdir.

         Kimyəvi elementlərin mövcud dövri cədvəlində elementlər bir qayda olaraq atomunun quruluşuna müvafiq olaraq

-s,-p, -d, -f elementlər olmaq təsnif olunmuşdur.Burada da hər bir elementin yerləşmə ardıcıllıöı bütün mövcud qaydalara uyöun şəkildə  həyata keçırıilmişdir və qanuna uyöunluq qorunub saxlanmışdır.Keçmiş cədvəllərdə isə  elementlər təsnif olunarkən metallar qeyri-metallar  və amfoter metallar olmaqla təsnif olunmuşdur.bütün bunlarla yanaşı bizim tərəfimizdən cədvələ yeni olaraq  elementlərə həm -s, -p, -d, -f ellementlərinə həm də metalar, qeyri-metallar və amfter metallara bölünməklə təsnif olunmuşdur.obrazlı şəkildə desək hər bir kəs cədvələ müraciət etməklə -s, -p, -d, -f  elementlərini  və eyni zamanda  metaları, qeyri-metalları və amfoter metalları tapmaqda heç bir çətinlikə üzləşməyəcəklər.Bu nöqteyi nəzərdən bizim tərəfimizdən təklif olunmuş cədvəli oxucuların nəzərinə çatdırırıq.

Ümid edirəm ki, dövri cədvəlin bu formatda tərtibi şagirdlər və kimya müəlimləri tərəfindən dəyərləndiriləcək və məktəblərimizdə əyani vəsait kimi istifadə olunacaq.

 

 

 

 

  • Facebook Basic
  • Twitter Basic
  • YouTube Basic
bottom of page