top of page

Yakob Vant-Hoff

Yakob Henrik vant Hoff (nid. Jacobus Henricus van 't Hoff) — Hollandiyalı kimyaçı alim. İlk Kimya üzrə Nobel Mükafatı laureatı.1852-ci ildə Hollandiyanın Rotterdam şəhərində anadan olmuş Yakob Hendrik Vant-Qoff kimya elmi ilə uşaqlıqdan maraqlanmağa başlamışdır. Lakin valideynləri onun kimyaçı olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər. Lakin buna baxmayaraq o, fəlsəfə, poeziya və riyaziyyatelmləri ilə də ciddi maraqlanmış, müəyyən təhsil almışdır.Təhsilini başa vurduqdan sonra bir müddət qənd zavodunda çalışmış, nəhayət, Bonn Universitetinə daxil olaraq Fridrix Kekulenin rəhbərliyi altında kimya elminin sirlərinə yiyələnmişdir. Onun təhsil aldığı şəhərlər arasında Parisin də adı çəkilir. Dissertasiyasını Utrext Universitetində müdafiə etmiş, 1878-ci ildə isəAmsterdam Universitetinin kimya professoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim, sonrakı 18 il ərzində bu universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya, kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin kimyəvi laboratoriyaya rəhbərlik etmişdir.Bu illərdə pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat işlərini də davam etdirmişdir. 1887-ci il də o, Vilhelm Ostvaldla birgə "Fiziki kimya jurnalı" adlı mətbu orqanı yaratmışdır. Bir qədər sonra isə alim Amsterdamdakı pedaqoji və inzibati fəaliyyətinin elmi-tədqiqat işlərinə mane olduğunu anlayaraq, Berlin Universitetinin fiziki kimya professoru vəzifəsi ilə bağlı təklifi qəbul etmiş və alim 1896-cı ildən etibarən Berlin Universitetində çalışmışdır.

 

 

Emil Fişer

Tanınmış alman fiziki 1902-ci il Nobel Kimya Mükafatının laueratıO, 1852-ci ildə Almaniyanın Oyskirxen şəhərində dünyaya gəlmişdir. Bonn gimnaziyasını fərqlənmə diplomu ilə bitirmiş, oradakı universitetinə daxil olmuşdur. Dövrün məşhur alimləri-Fridrix Kekule, Avqust Kundt və Paul Qrotdan dərs almışdır. Müəllimi Kekulenin təsirilə kimyadan ayrılıb fizika sahəsinə keçsə də, 1872-ci ildə Strasburq Universitetində təhsilini davam etdirərkən Fişer yenidən kimya ilə maraqlanmağa başlamış, keçirdiyi müxtəlif təcrübələr nəticəsində fenilhidrazini (ətirli hidrazinlər qrupuna aiddir) ixtira edərək məşhurlaşmışdır. 22 yaşında elmlər doktoru adına layiq görülmüş və Strasburq Universitetində müəllim kimi fəaliyyətə başlamışdır.Fəaliyyəti[redaktə]Bir müddət burada çalışdıqdan sonra Münhen Universitetinə təyinat almış, burada bir sıra təcrübələr aparmışdır. Üzvi boyaların quruluşunu öyrənən alim onları fenilhidrazinin köməyilə araşdırmışdır. Uzun müddət Münhendə çalışdıqdan sonra Erlangen Universitetində kimya professoru vəzifəsinə keçmişdir. Orada da elmi tədqiqatlarını davam etdirən Fişer kofein, teobromin, quanin və sidik turşusu kimi üzvi birləşmələr üzərində təcrübələr aparmışdır. O, nuklein turşularının tərkibindəki quaninin rəngsiz kristal maddədən ibarət olduğunu ixtira etmiş və ona "purin" adını vermişdir.Bu sahədə tədqiqatlarını davam etdirərək, purin qrupundan bir sıra üzvi birləşmələrin sintezinə müvəffəq olmuşdur. O yazırdı: "İnsan orqanizmi müdhiş laborotoriyadır. Burada ağlagəlməz sayda maddələrin sintezi baş verir. Zülallar, yağlar, karbohidratlar digər maddələri yaratmaq və onlara enerji vermək üçün parçalanırlar. Bəşəriyyət bu proseslərin sirrini açmaq istəyir, lakin biz məqsəddən hələ də xeyli uzaqdayıq. Bu sirləri açmaq üçün iki yol var, ya orqanizmin həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş maddələri tədqiq etmək, ya da hüceyrənin istehsal etdiyi maddələri sintez etməyə çalışmaq".

nobel laureatları

Svante Arrenius

 

Svante Arrenius (1859-1927) - məşhur İsveç kimyaçısı, 1903-cü il Nobel Kimya Mükafatının laureatı.1859-cu ildə İsveçin Upsala şəhərində fermer ailəsində doğulmuşdur. Uşaq yaşlarından riyaziyyata maraq göstərmiş, daha sonra məktəbdə biologiya və kimya fənnləri üzrə də bacarığını nümayiş etdirmişdir. 1876-cı ildə Upsala Universtetinə daxil olmuş, iki ildən sonra oranı təbii elmlər üzrə bakalavr diplomu ilə bitirmişdir. 1881-ci ildən etibarən Stokholmdakı İsveç Kral Elmlər Akademiyasında, Erik Edlundun rəhbırliyi ilə elektrikin xassələrini öyrənmək üçün araşdırmalar aparmışdır.Bu dövrlərdə elektrikin xüsusiyyətləri tamamilə aydın deyildi. Alimlərə quru duzların və suyun təmiz halda deyil, yalnız qarışıqlar şəklində elektrik keçirdiyi məlum idi. Arrenius müxtəlif mayelərin elektrik keçiriciliklərini yoxlamaq qərarına gəlmişdir. Onun qənaətinə əsasən, bəzi maddələrin molekulları mayedə həll olarkən iki və ya daha çox hissəciklərə parçalanır. Bu hissəcikləri Arrenius ion adlandırmışdır. Hər bir molekul neytal yüklənsə də, onun zərrəcikləri müsbət və ya mənfi yüklənmiş olur. Məsələn, suda həll olmuş xörək duzunun molekulları müsbət yüklü natrium və mənfi yüklü xlor hissələrinə parçalanır. Bu yüklü atomlar yalnız mayedə həll olan zaman elektrik enerjisinin keçiriciliyini təmin edirlər. Elektrik enerjisini öz növbəsində əks yüklənmiş hissəcikləri hərəkətə keçirir.Bu tədqiqatların nəticəsində Arrenius 1884-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Lakin bir sıra alimlər onun araşdırmalarına şübhə etdiklərindən Arreniusa aşağı dərəcəli doktor adı verilmişdir. Bu diplomla onun universitetdə dərs demək ixtiyarı yox idi. Lakin Arrenius bundan sarsılmadan tədqiqatlarını çap etdirərək, Avropanın bir sıra məşhur alimlərinə göndərmişdir. Məşhur alman kimyaçısı Vilhelm Ostvald onun araşdırmaları ilə maraqlanaraq, Upsalaya gəlmiş və Arreniusi Riqa Politexnik İnstitutuna dəvət etmişdir.Alim sonralar İsveç Kral Akademiyasından stipendiya alaraq, Avropaya elmi səyahətə yollanmağı üstün tutmuşdur. O, Riqada, Vürtbursqda, Qrasda və Amsterdamda olmuş, burada baş verən elmi nailiyyətlərlə tanış olaraq, tədqiqatlarda iştirak etmişdir. Bu dövrü onun elmi yaradıcılığının zirvəsi hesab etmək olar. Belə ki, Arrenius 1887-ci ildə sonralar öz adı ilə adlandırılmış elektrolitik dissosaiya (elektrolitlərin mayedə həll olan və ya ərimə halında ionlara parçalanması) nəzəriyyəsini hazırlamış, elektrolitlərin maye halda Vant-Hoff və Raul qanunları ilə olan uyğunsuzluqlarını izah etmiş, həmçinin duzların hidrolizi nəzəriyyəsini işləmişdir. O, həmçinin bir neçə mühüm kəşf etmişdir. Bunların sırasında reaksiyaların sürətinin temperaturdan asılılığının tapılmasının xüsusi yer tutur.Arrenius 1891-cildə Stokholma qayıdaraq, universitetdə fizika üzrə leksiya deməyə başlamaış, dörd ildən sonra professor, daha iki ildən sonra isə rektor təyin olunmuşdur. Bütün bu dövr ərzində, o tədqiqatların ara verməyərək, öz adı ilə adlanmış elektrolitik dissosasiya nəzəriyyəsini işləmişdir. Alim həmçinin, osmotik təzyiq (daxildən xaricə olan təzyiq) haqqında da araşdırmalar aparmışdır. Bu barədə tanınmış kimyaçı Yakob Vant-Hoffun nəzəriyyəsinə əsaslanan Arrenius həmin nəzəriyyəni dərinləşdirmişdir.

 

Ernest Rezerford

 

Ernest Rezerford (ing. Ernest Rutherford, 30 avqust 1871, Sprinq-Qruv — 19 oktyabr 1937, Kembric, İngiltərə) — Yeni Zelandiyalı fizik, atomun planetar modelinin müəllifi. 1908-ci il kimya üzrə Nobel mükafatı laureatı. Nüvə fizikasının "atası" hesab olunur.Ernest Rezerford Şotlandiyadan Yeni Zelandiyaya köçüb gəlmiş fermer Ceyms Rezerfordun ailəsində, Yeni Zelandiyanın Nelson şəhəri yaxınlığındakı Sprinq-Qruv (hal-hazırda Braytvoter) adlanan yerdə dünyaya gəlmişdir. Anası Marta Tomson İngiltərənin Esseks əyalətindən idi. İlk ibtidai təhsilini əvvəlcə Havlok məktəbində, daha sonra Nelson kollecində almışdır. İbtidai təhsilini uğurla tamamalyan Ernest təhsilini Yeni Zelandiya Universitetinin Kanteberi kollecində davam etdirmık hüququ əldə edir. Universitet illərdinə o yerli tələbə debat cəmiyyətinin sədri olur. 1895-ci ildə bakalavr və magistr dərəcələrini alan Ernest daha iki il elektrik texnologiyaları sahəsində tədqiqatlarla məşğul olduqdan sonra doktorluq dərəcəsi almaq məqsədilə İngiltərəyə yollanır.Kembric universitetinin nəzdində fəaliyyət göstərən Kavendiş laboratoriyasında çalışır. Bu illərdə o torium və uran elementlərinin buraxdığı radiasiyanın iki növünü – alfa və beta radiasiyanı kəşf edir.1898-ci ildə Kanadanın Monreal şəhərinin Makgill Universitetində işləməyə başlayır. Məhz bu universitetdə apardığı tədqiqatlar ona 1908-ci ilin kimya üzrə Nobel mükafatını gətirir. Ernest Rezerford radioaktivliyin atomun öz-özünə parçalanması olduğunu nümayiş etdirir. O, radioaktiv materialın yarısının parçalanmasına eyni zaman intervalının lazım gəldiyini göstərir və bu sabit parçalanma sürətini saat kimi istifadə etməklə sonralar Yerin əsl yaşını təyin etməyəyə böyük töhfə vermiş olur.1907-ci ildə Rezerford Mançester Universitetinin fizika kafedrasına gəlir. Burada Hans Geyger və Ernest Marsdenlə birgə tədqiqatlar apararaq atomun nüvə təbiətini müəyyən edir. Bu tədqiqatların interpretasiyası ona özünün planetar modelini irəli sürməyə imkan verir. Rezerford modelində atom müsbət yüklü nüvə və nüvə ətrafında hərəkət edən elektronlardan ibarət idi. Rezerford 1919-cu ildə nüvə reaksiyası vasitəsilə bir kimyəvi elemeneti (azotu) başqa bir kimyəvi elementə (oksigenə) çevirmiş ilk fizik olur – 14N(α,β)170. 1921-ci ildə Nils Borla birgə çalışdığı müddətdə Rezerford müsbət yüklü protonların bir-birini itələmə effektini kompensasiya etməklə nüvənin cəzbetmə qüvvəsni təmin edən və beləliklə nüvəni parçalanmadan saxlayan neytronlar haqqında fərziyyə irəli sürür. Bor hesab edirdi ki, elektronlar nüvə ətrafında spesifik orbitlər üzrə hərəkət edir. Rezefordun neytronlar haqqındakı nəzəriyyəsi 1932-ci ildə Ceyms Çadvik tərəfindən sübuta yetirilir və Çadvik bu kəşfinə görə 1935-ci il Nobel mükafatına layiq görülür.Ernest Rezerford 1937-ci ildə vəfat edir və Vestminster Abbeydə C.C. Tomsonun yanında dəfn edilir.

  • Facebook Basic
  • Twitter Basic
  • YouTube Basic
bottom of page